Rusiya Antiterror Komitəsinin rəhbəri: "Ölkədə terror aktları olacaq"

"Əlimizdə Rusiyada növbəti terror hadisələrinin olacağı ilə bağlı operativ məlumatlar var".

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu açıqlama ilə Milli Antiterror Komitəsinin rəhbəri Aleksandr Bortnikov çıxış edib.

 

O, eyni zamanda komitəyə əsasən törədiləcək terror hadisələrinin İŞİD tərəfindən planlaşdırılması ilə bağlı informasiyanın daxil olduğunu bildirib.

 

A. Bortnikov İŞİD-in İngiltərə, İsveç və Misirdə törətdiyi son terror hadisələrinə diqqət çəkərək, bu olayların Rusiyada törədilə biləcəyini mümkün sayıb.

 

Komitə sədri deyib ki, son bir ildə Rusiya ərazisində 16 terror hücumunun qarşısı alınıb, 46 terror şəbəkəsi ifşa edilib. O, eyni zamanda sözü gedən qruplaşmaların əsasən MDB ölkələrinin vətəndaşlarından ibarət olduğunu söyləyib.

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR