"Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" qanununa dəyişiklik ediləcək
Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.
APA TV-nin məlumatına görə, gündəliyə "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" qanununa dəyişiklik layihəsi daxil edilib.
Dəyişikliyə əsasən, qanunun 5.4-cü maddəsi yeni redaksiyada verilir. Yəni, bələdiyyələrə ödənilən fiziki şəxslərin torpaq və əmlak vergisinin hesablanması və tutulması məqsədilə müvafiq bələdiyyənin təşkil edildiyi ərazi vahidləri hüdudlarında mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin ölçüləri və ünvanı, onların mülkiyyətçiləri olan fiziki şəxslər, habelə fiziki şəxslərin mülkiyyətində və istifadəsində olan torpaq sahələrinin ölçüləri və ünvanı barədə məlumatlar həmin bələdiyyə tərəfindən dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində ödənişsiz əldə edilir.
Bundan başqa, maddənin 5.3-cü maddəsi ləğv edilir. Bu, tikililər və onların hissələrinə görə fiziki şəxslərdən əmlak vergisi hesablamaq məqsədi ilə bələdiyyələr 3-5 ildə bir dəfədən çox olmamaq şərti ilə ərazilərində yerləşən müvafiq əmlakın vergiqoyma məqsədləri üçün qiymətləndirilməsi barədə qərar qəbul edirlər. Əmlakın qiymətləndirilməsi üzrə əməliyyatlar bələdiyyələrin vəsaiti hesabına maliyyələşdirilir. Bu dəyər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan qaydalar əsasında müəyyənləşdirilirdi.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır