Xaricdə təhsil alan tələbələr sahibkarlıq fəaliyyətinə cəlb olunacaqlar
"Xaricdə təhsil üzrə dövlət proqramının yüzlərlə məzunu bizim ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğuldur". APA TV-nin məlumatına görə, bu fikirləri təhsil nazirinin müavini Ceyhun Bayramov "2007-2016-cı Azərbaycan gənclərinin xaricdə təhsil üzrə Dövlət Proqramı" məzunları ilə "Sahibkarlıq və Startup fəaliyyəti "mövzusunda işgüzar paneldə çıxışında bildirib.
O, qeyd edib ki, son dövrlər milli iqtisadiyyatın şaxələndirilməsi üzrə qəbul olunan dövlət proqramlarında sahibkarlıq fəaliyyətinin inkişafına xüsusi diqqət yetirilib:
SİNXRON: Ceyhun Bayramov - Təhsil nazirinin müavini
"Orada qırmızı xətlə keçən məqamlardan biri kiçik və orta sahibkarlığın inkişafı məsələsidir. Hesab edirik ki, bu da məhz o mövzudur ki, burada bizim xaricdə təhsil dövlət proqramının məzunları çox aktiv və fəal ola bilərlər".
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov isə son dövrlər ölkədə sahibkarlığın inkişafı istiqamətində bir sıra məqsədyönlü işlərin görüldüyünü, investisiya təşviqi sənədi əldə etmiş şəxslərin mənfəətinin 50 faizinin, habelə hüquqi şəxs və fərdi sahibkarların müvafiq əmlaka görə 7 il müddətinə əmlak vergisi, mülkiyyətlərində olan torpaq sahələrinə görə isə torpaq vergisi ödəməkdən azad edildiyini qeyd edib.
Tədbirdə həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclərin "Biznes inkubator" layihələri çərçivəsində peşəkar iqtisadçıların iştirakı ilə treninq proqramlarına cəlb olunduğu, onlara müxtəlif sahələr üzrə konsaltinq xidmətlərinin göstərildiyi bildirilib.
İşgüzar panel işini müzakirələrlə davam etdirib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır