FHN tələbələrin təhlükəsizliyinə dair seminar keçirib
Fövqəladə Hallar Nazirliyi tələbələrin təhlükəsizliyi təmin olunması məqsədi ilə seminar keçirib. APA TV-nin xəbərinə görə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi ilə əməkdaşlığı çərçivəsində növbəti seminar Azərbaycan Dillər Universitetində keçirilib.
ATGTİ-nin sədri Şahin İsmayılovdeyib ki, bu tədbirlər sayca üçüncü dəfədir, keçirilir.
FHN-nin Bakı Regional Mərkəzinin rəis müavini, tibb xidməti polkovniki Cəfər Məmmədov tələbələrin fövqəladə vəziyyətlər zamanı nə etməli olduğunu deyib və bu sahədə maariflənmənin vacibliyini qeyd edib. Konfransın davamında FHN-nin Bakı Regional Mərkəzinin əməkdaşları universitetin bir qrup tələbələri ilə birlikdə müxtəlif fövqəladə hallar zamanı davranış qaydaları və belə hallardan qorunma haqqında danışıb, mövzulara uyğun fotoslaydlar təqdim ediblər. Sonra tələbələrə FHN-nin Bakı Regional Mərkəzinin fəaliyyətini əks etdirən videomaterial nümayiş etdirilib. Tədbirin 2-ci hissəsində FHN-nin Bakı Regional Mərkəzinin texniki avadanlıqları, xilasetmə cihazları, xüsusi təyinatlı maşınları və kinoloqların işi əyani sürətdə nümayiş etdirilib.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI