ABŞ-ın neft ehtiyatlarının həcmi açıqlanacaq, neft cüzi ucuzlaşıb
Sutka ərzində bahalaşan neft ABŞ-ın ehtiyatlarına dair hesabatın açıqlanması ərəfəsində yenidən ucuzlaşmağa başlayıb. Son 24 saat ərzində "Brent" markalı neftin bir bareli maksimum 56,13 dollara satılıb, Qərbi Texas neftinin ən yüksək dəyəri isə 53,21 dollar olub. Səhər seanslarında isə qiymətlər müvafiq olaraq 55,87 və 52,94 dollar təşkil edib.
Analitiklər ötən həftə ərzində ABŞ-ın hasil olunmuş neft ehtiyatlarının həcminin 316 min barel artacağını, benzin ehtiyatlarının isə 1,761 milyon barel azalacağını proqnozlaşdırırlar. Əgər proqnozlar özünü doğrultsa, bu durum neftin qiymətinə pozitiv təsir göstərə bilər. Liviyanın Şarara yatağından nəqlin son iki həftədə ikinci dəfə dayanması, ABŞ-ın Suriyaya yeni raket zərbələri endirmə ehtimalının artması, OPEK-in hasilatı azaltmaq sazişinin müddətini uzatmaq niyyəti neftin qiymətini dəstəkləyən amillər sırasındadır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır