Əsəd İdlibi yenə kimyəvi silahlarla vurdu - BOMBARDMAN ANI

Suriya ordusu İdlibdə yenidən kimyəvi silahdan istifadə edib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Əsədə bağlı qüvvələr bölgədəki kəndlərə fosfor qazlı silahlarla hücum edib.


Hücum İdlibin Sarliam, Maarrat əl-Numan, Hbit və Əl-Şaqr kəndləri istiqamətində həyata keçirilib. Ölənlərin və yaralıların olduğu barədə məlumatlar var.

 

Qeyd edək ki,  Suriya ordusunun aprelin 4-də İdlib şəhərinə etdiyi kimyəvi silahlı hücum nəticəsində 100-dən artıq mülki şəxs ölüb, 500-dən çox mülki şəxs isə yaralanıb. Buna cavab olaraq ABŞ Suriyanın  "Şayrat" aviabazasına raket zərbələri

endirib, 10-a qədər hərbi təyyarə məhv edilib. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR