Polisin silahını alıb, özünü vurdu - LƏNKƏRANDAKI CİNAYƏTİN SONU
Lənkəranda kənd ambulatoriyasının baş həkiminin evinə basqın etməkdə şübhəli bilinərək saxlanılan şəxs özünü öldürüb.
APA TV-nin Cənub bürosunun verdiyi məlumata görə, özünü güllələyən şəxs Lənkəran rayon Xolmili kənd sakini, 1974-cü il təvəllüdlü Hüseynov Ramil Xudaverdi oğludur. O, müvəqqəti saxlama məntəqəsində polis gözətçisinə xəsarət yetirərək silahını zorla alıb və özünü öldürüb.
Qeyd edək ki, ötən ay Xolmili kənd ambulatoriyasının baş həkimi, 1950-ci il təvəllüdlü Səfərov Vahab Xalıq oğlunun evə basqın edən şəxslər ona baş nahiyəsindən ağır xəsarət yetiriblər. Ağır vəziyyətdə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılan baş həkim Bakıya göndərilib. Bakıdakı xəstəxanalardan birində aldığı xəsarətdən ölüb.
R.Hüseynovun evə basqın edən şəxslərdən biri olduğu müəyyənləşib və o, həbs olunub.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır