Mosulu tərk edənlərin sayı 350 min nəfəri ötüb

Mosulun İŞİD terrorçularından azad edilməsi üçün keçirilən hərbi əməliyyatlarla əlaqədar şəhəri məcburi tərk edən sakinlərin sayı 350 min nəfəri ötüb. Bu barədə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik bildirib. BMT rəsmisi deyib ki, Qərbi Mosuldan insan axını davam edir. Təkcə son iki sutka ərzində 17 min nəfər şəhəri tərk edib. Stefan Düjarrikin sözlərinə görə, Mosulda ümumilikdə 352 min nəfər evsiz qalıb. Onlardan 280 mini Qərbi Mosulda davam edən döyüşlər səbəbindən evini tərk etməli olub.

 

Qeyd edək ki, İraqın Mosul şəhərinin İŞİD-dən azad edilməsi əməliyyatı keçən ilin oktyabr ayında başlayıb. Bundan əvvəl şəhərin şərq hissəsi terrorçulardan azad edilib. Bu ilin fevralında Mosulun qərbinin azad edilməsi üçün əməliyyat başlanıb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR