Bakının mərkəzində yaşayış binası yandı - HADİSƏ YERİNDƏN

Bakıda yaşayış binasında yanğın baş verib.  APA TV-nin məlumatına görə, hadisə

Yasamal rayonu Süleyman Tağızadə küçəsində yerləşən ikimərtəbəli yaşayış binasında qeydə alınıb.

Yanğın zamanı xəsarət alan olmayıb. Qonşulardan birinin sözlərinə görə, onlar evdə olmayıblar. Digər mənzildə başlayan yanğın  onların evlərinə keçib: "Qonşuyam, xəbər verdilər gəldim. Burdan baxıram evin tavanı aşıb, hər yer qaralıb".

Hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb edilib: "Yanğın nəticəsində kommunal tipli ikimərtəbəli binanın bir otağının yanar konstruksiyası, dəhlizi və digər qonşu mənzilin dəhlizləri, qapıları yanıb. Ümumilikdə mənzilin sahəsi 65 kv.metri əhatə edir. Yanğın 40 dəqiqə ərzində söndürülüb".

 

İlkin ehtimala görə hadisənin qısa qapanmadan baş verdiyi deyilir. Hadisə nəticəsində xəsarət alan olmayıb.

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR