"Baku Shopping Festival"a start verildi

"Baku Shopping Festival"a start verilib.

 

Açılış mərasimi İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaxından dəstəyi ilə təşkil edilib.

 

Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vüqar Şixəmmədov  bildirib ki, artıq festival çərçivəsində "Tax free" sistemindən istifadə olunub: “Artıq Bakıda fəaliyyət göstərən 110-a yaxın satış mağazası bu festivala qoşulub. Festival çərçivəsində vətəndaşlar 50-yə yaxın mehmanxana və restoranın xidmətindən istifadə edə biləcəklər. “Tax free” sistemi istifadədədir, əcnəbilərlə yanaşı, ölkə vətəndaşları da bu xidmətdən yararlana bilər. Bizim məlumatımıza görə, gün ərzində “Tax free” xidmətindən istifadə olunub. Vergilər Nazirliyi tərəfindən 7 alış-veriş mərkəzində xüsusi köşk quraşdırılıb”. 

 

V. Şıxəmmədov əlavə edib ki, festivalın rəsmi açılış mərasimi bu gün saat 19:00-da Heydər Əliyev Sarayında keçiriləcək.   

 

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR