Ruhani: "ABŞ-ın aqressiyası cavabsız qalmayacaq"

"Suriyanın Xan-Şeyhun şəhərində baş verən son insident ciddi şəkildə araşdırılmalıdır".

 

APA TV-nin "Euronews"a istinadən məlumatına görə, bu fikirləri İran prezidenti Həsən Ruhani mətbuat konfransında səsləndirib.

 

Prezident eyni zamanda kimyəvi silahın tətbiqi nəticəsində yaşanan bu hadisənin müstəqil ekspertlərdən ibarət beynəlxalq komissiya tərəfindən araşdırılmasının vacibliyini önə çəkib.

 

H. Ruhani ABŞ tərəfindən Suriyadakı aviabazanın bombalanması faktının ciddi nəticələrə səbəb ola biləcəyini qeyd edib: "ABŞ-ın Suriyadakı aqressiyası cavabsız qalmayacaq. Fikrimcə, rəsmi Vaşinqtonun hərəkətləri heç vaxt beynəlxalq norma və qaydalara, habelə region ölkələrinin maraqlarına uyğun olmayıb" - deyə, Həsən Ruhani bildirib.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR