Makkeyn: "İdlibə kimyəvi hücuma görə Tramp məsuliyyət daşıyır"
"Suriyanın İdlib şəhərinə kimyəvi hücuma görə Donald Tramp administrasiyası bilavasitə məsuliyyət daşıyır".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu fikirləri Senatın Silahlı Qüvvələr üzrə Komitəsinin rəhbəri Con Makkeyn bildirib.
O, öz fikirlərini bir qədər əvvəl dövlət katibi Reks Tillersonun ABŞ-ın əsas prioritetinin Bəşər Əsədin hakimiyyətdən devrilməsi yox, İŞİD-lə mübarizə olduğu ilə bağlı söylədikləri ilə əsaslandırıb.
C. Makkeyn dövlət katibi R. Tillersonun fikirlərini bölüşmədiyini, habelə ABŞ-ın bütün gücünü Suriyada siyasi məsələlərin həllindən daha çox terror qruplaşmaları ilə mübarizəyə istiqamətləndirməli olduğunu vurğulayıb.
Qeyd edək ki, bir qədər əvvəl Reks Tillerson hazırkı prezident Bəşər Əsədin Suriya məsələsinin siyasi həllində iştirakını vacib saydığını açıqlayıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır