Maşın vurmuş piyada xəstəxanaya aparılarkən öldü

Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun qərb girişində qeydə alınıb. “Opel” markalı avtomobil hərəkətdə olarkən yolu keçmək istəyən 1966-cı il təvəllüdlü Tovuz şəhər sakini Həsənov Tofiq Şəmil oğlunu vurub. Sürücü dərhal yaralını xəstəxanaya aparsa da, Tofiq Həsənov yolda keçinib.

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR