Tillerson: "Əsədin kimyəvi silah hücumuna Rusiya dəstək verib"

ABŞ dövlət katibi Reks Tillerson Rusiyanı Suriyada kimyəvi qaz hücumunun iştirakçısı olmaqda ittiham edib. APA TV-nin məlumatına görə, ABC kanalına müsahibə verən Tillerson bildirib ki, ötən həftə Suriyada insan ölümü ilə nəticələnən kimyəvi silah hücumuna Rusiya dəstək verib.

Onun sözlərinə görə, rəsmi Moskva Suriyada kimyəvi silahın məhv edilməsinə dair əldə olunan razılaşmada uğursuzluğa düçar olub: "Əsl uğursuzluq 2013-cü ildə həyata keçirilən kimyəvi silah razılaşmasında Rusiyanın müvəffəqiyyətsizliyidir. Sonuncu tətbiq edilən kimyəvi silah hücumu ilə bağlı bu uğursuzluq həm də Rusiyanın beynəlxalq ələmə qarşı öhdəliyini yerinə yetirməməsidir".
 

Tillerson Rusiyanın Suriya ilə münasibətləri yenidən nəzərdən keçirməyi və Əsədə qarşı sərt bir mövqe göstərməyi məsləhət görüb.  O, bu cür hücumlar davam etdikcə Rusiyaya daha çox  məsuliyyət yükləndiyini vurğulayıb.


Qeyd edək ki, Reks Tillertsonun bu həftə Rusiyaya səfər edəcəyi gözlənilir.

 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR