Astarada su festivalı keçirilib

“Bakı-2017” IV islam Həmrəyliyi Oyunlarının su səyahətinin Astara mərhələsi keçirilib. Astarada səyahətin ilk ünvanı Astaranın Ərçivan kəndində yerləşən “Yanar bulaq” kompleksi olub. Sərbəst güləş üzrə dünya çempionatının bürünc mükafatçısı Əliabbas Rızazadə, sərbəst güləş üzrə respublika çempionu, əməkdar idman ustası Məhərrəm Ağayevin müşayiəti ilə şahmatçı Mirrahil Ağayev yanar bulağın  suyundan götürüb. Sonra səyahət iştirakçıları Astara şəhərinə yola düşüblər. Su mərasimindən sonra Astarada Dənizkənarı Park Bulvarda minlərlə sakinin iştirakı ilə möhtəşəm su festivalına start verilib.

 

Astara sakini Qızbəs Məmmədova bu cür tədbirlərin vacibliyindən danışıb: "Biz inanırıq ki, bu cur oyunlar respublikamızda çox keçiriləcək, bu da ölkəmizin imicini daha da yaxşılaşdırır".

 

Rayon sakini Rasim Abdullayev “Bakı-2017” IV islam Həmrəyliyi Oyunlarının əhəmiyyətini qeyd edib: "Biz bütün müsəlman ölkələrinin bu həmrəyliyini alqışlayırıq və bu oyunlar bütün dünya müsəlmanlarının birliyini bir daha nümayiş etdirəcək"

 

Festivala  sərbəst giriş imkanı olan region sakinləri "Mirvari" rəqs qrupu, "Əvəsor" folklor kollektivi və müğənnilərin çıxışından zövq alıblar.

 

Astara gənclər və idman idarəsinin rəisi Ərçə Əliyev bildirib ki, bu oyunlar Azərbaycanın idman salnaməsinə yeni tarix yazacaq: "Bu gün bütün astaralılar sevinir, bu gün Astaranın idmançıları sevinir, Astaranın su səyahətində iştirak edən 3 idmançı və yeniyetməmiz sevinir. Çünki onlar bu gün tarix yazdılar, Azərbaycanın idman salnaməsinə yeni bir tarix yazıldı".

 

Festival möhtəşəm su effekti və atəşfəşanlıqla başa çatıb. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR