ABŞ Koreya sahillərinə atom aviadaşıyıcısı göndərdi - YENİ MÜHARİBƏ EHTİMALI

ABŞ "Karl Vinson" atom aviadaşıyıcısı başda olmaqla, bir qrup döyüş gəmisini Cənubi Koreya sahillərinə göndərib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, sözü gedən döyüş gəmiləri Sinqapurdan Avstraliyaya hərəkət etməli idi. Lakin, son anda qərar dəyişdirilərək, onlar Koreya yarımadasına istiqamətləndirilib.

 

Döyüş gəmiləri qrupuna daha iki hərbi təyinatlı gəmi, eləcə də idarəolunan raketlərlə təchiz olunmuş kreyser daxildir.

 

Bu arada, Cənubi Koreya Müdafiə Nazirliyinin rəsmisi Mun San Gyun məsələ ilə bağlı ölkəsinin mövqeyini açıqlayıb. O, bu faktın Vaşinqtonun Koreya yarımadasındakı vəziyyətə ciddi yanaşması ilə əlaqələndirib. O, bu addımın Şimali Koreyanın növbəti raket sınağına qarşı müdafiə xarakteri daşıdığını qeyd edib.

 

Bu ilin aprelində Koreya yarımadasında müharibə başlanacağı ehtimalına münasibət bildirərkən, Cənubi Koreyanın şimal qonşusunun mümkün provokasiyasına dərhal cavab verməyə hazır olduğuna diqqət çəkib.

 

O, Seul hökumətinin Şimali Koreyanın ordunun yaranmasının 85-ci ildönümü ərəfəsində növbəti raket sınağı keçirəcəyini istisna etmədiyini bildirib.

 

Pxenyan BMT Təhlükəsizlik Şurasının tələblərinə məhəl qoymadan 2006-cı ildən bəri beş nüvə sınağı həyata keçirib. Ölkə rəsmiləri bu sınaqları ABŞ tərəfindən təhlükənin mövcudluğu ilə əsaslandırıb. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR