Suriyaya raket zərbələri bazara təsirini saxlayır, neft bahalaşma trendinə daxil olub
Neft həftəyə stabil qiymətlərlə start verib. Birjalarda yeni həftənin ilk seanslarında "Brent" markalı neftin qiyməti 55,30 dollar olub, səhər saatlarına kimi qiymət 5 sent bahalaşıb. Qərbi Texas nefti də həftəyə iddialı qiymətlərlə start verib. İlk seansda WTİ neftinin bir bareli 52,37 dollar olub, səhər seanslarına kimi qiymət mərhələli şəkildə artıb.
Neftin dəyərini qoruması və bahalaşma trendinə girməsi iqtisadi amillərdən çox siyasi məqamlarla bağlıdır. Uzun fasilədən sonra ilk dəfə olaraq "qara qızıl"ın qiymətinə geosiyasi vəziyyət təsir göstərməyə başlayır. ABŞ-ın Suriyada hərbi obyektləri bombalamasından sonra Körfəz regionunda və Aralıq dənizi hövzəsində neft daşımalarında ləngimələrin olacağı ehtimalı bazarda "qara qızıl"a tələbatı artırıb. Digər tərəfdən ABŞ-ın bu zərbələri davam etdirəcəyinə dair gözləntilər də qiymətlərə təsir göstərir. Hələlik Vaşinqtondan Suriyaya yeni zərbələr endiriləcəyinə dair birmənalı açıqlamalar gəlmir, bu səbəbdən bazarlarda qeyri-müəyyənlik hökm sürür. Geosiyasi amillərin bazara təsirini nə qədər saxlayacağı gün ərzində Suriya gündəmi ilə bağlı gedəcək proseslərdən asılı olacaq.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır