Astarada maşın piyadanı vuraraq öldürdü

Astara rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA TV-nin Cənub bürosunun  verdiyi məlumatına görə, rayonun Giləkəran kənd sakini, 35 yaşlı  Sultanov İlkin Məhərrəm oğlu avtomobil tərəfindən vurulub.

Sürücü dərhal yaralını Astara Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Həkimlərin səyinə baxmayaraq  onun həyatını xilas etmək mümkün olmayıb. Meyit müayinə üçün Lənkəran morquna təhvil verilib.

Faktla bağlı Astara rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR