Tovuzda qəza: "07" atla toqquşdu

Tovuzda avtomobil atlını vurub. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Alakol kəndində qeydə alınıb.

Kənd sakini 1992-ci il təvəllüdlü Səfərli Sərxan Vidadi oğlu atla gedən zaman Sadıqov Etibar Həsən oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə vurulub.

Yaralı dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Tovuz Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR