"Mercedes"lə mikroavtobus toqquşdu: ağır yaralılar var
Bakı-Qazax magistralında yol qəzası baş verib. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə Goranboy rayonu ərazisində qeydə alınıb.
Göygöl rayon sakini Namiq İmanovun idarə etdiyi "Mercedes" markalı avtomobillə Gəncə şəhər sakini 43 yaşlı Vüqar Bayramovun idarə etdiyi, Gəncə-Yevlax marşrutu üzrə sərnişin daşıyan "Mercedes-Sprinter" markalı mikroavtobus toqquşub.
Qəza zamanı mikroavtobus aşıb. Hadisə nəticəsində mikroavtobusun sürücüsü və 2 sərnişin - 57 yaşlı Nəcibə Şirinova və 60 yaşlı Məhruzə Tağıyeva müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Sürücünün vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:39
969
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
1122
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1672
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
1073
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1762
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1229