Çavuşoğlu: "ABŞ Suriyaya zərbələri davam etdirməlidir"

Türkiyənin xarici işlər naziri ABŞ-ın Əsəd mövqelərini bombardman etməsinə münasibət bildirib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Mövlud Çavuşoğlu bu müdaxilənin davamının vacib olduğunu bildirib.


"Əgər bu müdaxilələr davam etməsə, biz Suriyanı Əsəddən xilas edə bilməyəcəyik. Düzdür, ən yaxşı variant siyasi həldir. Amma buna mane olan da məhz Əsəddir".

Bu arada Əsəd hökumətinə aid bir aerodromun 59 "Tomahawk" raketləri ilə vurulmasının ardından ABŞ tərəfi yeni hücumların təşkil ediləcəyini istisna etməyib.
 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR