Baş nazirin müavini: "Kreditlərlə bağlı problemlər öz həllini tapmalıdır"
“Azərbaycan hökumətinin insanları narahat edən yüksək kredit faizləri ilə bağlı ciddi çalışmaları var”. Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovun sözlərinə görə, bank sektorunda olan yarıtmaz hallar ölkə iqtisadiyyatına böyük zərbə vurub. O, Prezidentin təşəbbüsü ilə hazırda bank sektorunda sağlamlaşdırılma istiqamətində ciddi addımlar atıldığını deyib.
“Təbii ki, kreditlərlə bağlı problemlər də həllini tapmalıdır. Banklar iqtisadiyyatın inkişafının damar sistemidir. Bank fəaliyyətini sağlamlaşdırmadan iqtisadiyyatın inkişafına nail olmaq mümkün deyil. Az faizli kreditlər olmadan sahibkarlığın inkişafına da dəstək vermək mümkün deyil. Bütün bunlar hamısı hökuməti ciddi şəkildə düşündürür".
Baş nazirin müavini obyektiv çətinliklərin olduğunu və bununla bağlı ən düzgün qiyməti dövlət başçısının verdiyini vurğulayıb. Bu istiqamətdə çox ciddi addımlar atıldığını deyən Əli Əhmədov yaxın zamanlarda maliyyə-kredit sahəsində ciddi sağlamlaşdırma həyata keçiriləcəyinə inandığını deyib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır