ABŞ və Çin liderləri görüşdü: nələr müzakirə olundu? - TƏFSİLAT
"Çin və ABŞ hərbi sahədə əməkdaşlığı genişləndirməli, dialoq mexanizmlərini təkmilləşdirməlidir".
APA TV-nin "Euronews"a istinadən məlumatına görə, bu fikirləri Çin rəhbəri Si Tzsinpin ABŞ prezidenti Donald Trampla görüşündən sonra səsləndirib.
O, tərəflərin birgə etimadı və hərbi sahədə əməkdaşlığı dayanmadan gücləndirmək üçün səyləri artırmalı olduğunu bildirib.
S. Tzsinpinin fikrincə, ölkəsi ilə ABŞ önəmli hərbi addımlarla bağlı hər iki tərəfin məlumatlandırılması mexanizmini mütəmadi olaraq istifadə etməli, habelə hava və dəniz üzərində təhlükəsizliyin təminatı normalarının müasirləşdirilməsi üçün addımlar atmalıdır.
Si Tzsinpin hərbi təhlükəsizlik və etimadın Çin və ABŞ arasında strtateji tərəfdaşlığın əsasını təşkil etdiyini bildirib. O, deyib ki, indiki halda tərəflər hərbçilər arasında əməkdaşlığı daha da intensivləşdirməli, eləcə də müdafiə nazirləri səviyyəsində Asiya-Sakit okean regionunda təhlükəsizliyə dair dialoqu təşviq etməlidir.
Bu arada ABŞ dövlət katibi Reks Tillerson liderlərin görüşünü məhsuldar və pozitiv olaraq dəyərləndirib.
Bundan əlavə tərəflər Koreya yarımadasında nüvə silahının likvidasiyası məsələsinə sadiq qaldıqlarını bəyn edib. Eyni zamanda D. Tramp və Tzsinpin Şimali Koreyanı mövcud problemlərin sülh yolu ilə həllinə razı salmağa, o cümlədən qanunsuz silah proqramlarından imtina etməyə çağırıblar.
Qeyd edək ki, 6-7 aprel tarixlərində ABŞ-da səfərdə olan Si Tzsinpin ilə Donald Tramp arasında danışıqlar Floridada qapalı şəraitdə keçirilib. Görüşdə ticari siyasət, Şimali Koreyanın nüvə proqramı, eləcə də regional məsələləri müzakirə olunub.
Danışıqlardan sonra mətbuata açıqlama verən Donald Tramp bu görüşü tərəflər arasında dostluq münasibətlərinin təməli adlandırıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır