Rusiyada daha iki polis öldürüldü

Rusiya Federasiyasının İnquşetiya Respublikası ərazisində terror aktı törədilib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, aprelin 8-nə keçən gecə naməlum şəxslər Malqobek şəhərində polis avtomobilini avtomat silahdan atəşə tutublar.

Hadisə bazarın yaxınlığında qeydə alınıb. Polislərdən biri hadisə yerində, digəri xəstəxanada keçinib.

 

İlkin məlumata əsasən hücumda azı 2 nəfər iştirak edib. Fakt üzrə cinayət işi qaldırılıb, terrorçuların yaxalanması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR