Xaçmazda narkotiklə yaxalan şəxsin oğurluq əməli də üzə çıxdı
Xaçmazda narkotik vasitələrin istifadə etməkdə şübhəli bilinən şəxs saxlanılıb. APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Xaçmaz şəhər sakini 44 yaşlı Ağayev Hidayət Alimşah oğlu saxlanılıb.
Onun üzərinə baxış keçirilən zaman gödəkçəsinin cibindən bir büküm, çəkisi 1,29 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
"Hazırda saxlanılıb. Barəsində cinayət məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi açılıb".istintaq tədbirləri nəticəsində həmin şəxsin Xaçmaz şəhər sakini İntiqam Əkbərova məxsus avtomobildən 1080 manat pul oğurladığı da müəyyən edilib.
Hər iki faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır