ABŞ Milli Təhlükəsizlik Şurası Trampa Şimali Koreya liderini öldürtməyi təklif edib - NBS
ABŞ Milli Təhlükəsizlik Şurası prezident Donald Trampa Şimali Koreyaya təsir metodları ilə bağlı təkliflər verib. APA TV-nin məlumatına görə, təklif arasında Şimali Koreya liderinin öldürülməsi, Cənubi Koreyada nüvə silahının yerləşdirilməsi və Şimali Koreyaya diversiya qrupunun göndərilməsi var. NBS telekanalının yaydığı məlumata görə, bu təkliflər Trampa Çin lideri Si Tszinpinlə görüş ərəfəsində təqdim olunub.
Ağ Ev hesab edir ki, Çin diplomatiya və sanksiyaları genişləndirmək vasitəsilə Şimali Koreyaya daha çox təsir göstərə bilər. Buna rəğmən Pxenyan öz nüvə arsenalını inkişaf etdirməkdə israrlı olsa, ABŞ prinsipial addımlar atmağı düşünür.
Qeyd edək ki, ABŞ "Soyuq müharibə" başa çatdıqdan sonra nüvə silahını Cənubi Koreyadan çıxarıb. Əgər qərar verilsə, ABŞ Osan bazasında yenidən nüvə raketləri yerləşdirə bilər.
Milli Təhlükəsizlik Şurası həmçinin Trampa Şimali Koreya liderini və onun yaxın ətrafında nüvə silahına çıxışı olan şəxsləri öldürməyi təklif edib. Lakin NBS telekanalının keçirdiyi sorğuda iştirak edən ekspertlərin əksəriyyəti bu variantı məqbul saymayıblar.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır