ABŞ-ın raket zərbələri nefti bahalaşdırdı

Birja həftəsi başa çatıb, neft həftəni yüksək qiymətlərlə başa vurub. Son seanslarda "Brent" markalı neftin bir bareli 55,23 dollardan satılıb. Bu, ötən həftənin son qiymətindən 1,53 dollar bahadır. Ümumilikdə "Brent" nefti son iki həftədə 4,27 dollar bahalaşıb. Qərbi Texas nefti də həftəni yüksək hədlərdə yekunlaşdırıb. Son hərracda WTİ nefti 52,31 dollardan satılıb ki, bu da ötən həftənin şənbə günü qeydə alınan yekun qiymətdən 1,5 dollar bahadır. Qərbi Texas nefti də iki həftə ərzində 3.91 dollar dəyər qazanıb.

 

Qiymətlərin bahalaşmasına bir neçə amil təsir göstərib. Son qiymət artımı ABŞ-ın Suriyadakı hərbi aerodromuna raket zərbələri endirməsi ilə bağlıdır. Zərbələr investorlarda Körfəzdən neft daşımalarında gecikmələrin ola biləcəyi təhlükəsi yaradır, bu səbəbdən neftə tələbat artmış olur. Digər səbəblərdən OPEK-in hasilatı azaltmaq barədə sazişin müddətinin uzadılmasına dair prinsipial razılaşma əldə olunmasını, ABŞ-da neft emalı müəssislərində istehsalın artmasını, neft ehtiyatlarının azalması riskini qeyd etmək olar.

 

Analitiklər hesab edir ki, ABŞ-ın Suriyaya ərazisinə zərbələri davam etdirməsi neftin qiymətini bahalaşdırmaqda davam edəcək.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR