Stokholm terrorunda ölənlərin sayı artdı

İsveçin paytaxtı Stokholmda terror aktı nəticəsində ölənlərin sayı 4-ə çatıb. Yaralıların sayı 15 nəfərdir. APA TV-nin məlumatına görə, bu barədə Stokholm Səhiyyə administrasiyasının baş həkimi Yohan Bratt bildirib. Onun sözlərinə görə, hadisə yerində 3 nəfər ölüb, daha 1 yaralı isə xəstəxanada dünyasını dəyişib.

 

Hadisə nəticəsində yaralanan 15 nəfər arasında uşaqların da olduğu bildirilir. Yaralılardan 9-nun vəziyyəti ağır kimi qiymətləndirilir.

 

Xatırladaq ki, aprelin 7-də İsveçin paytaxtı Stokholmun mərkəzində sürücü yük maşınını insanların üstünə sürüb. Terror aktı törətməkdə şübhəli bilinən sürücü hələ tapılmayıb. 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR