İŞİD Mosulda 140 sakini öldürdü - ZƏHƏRLİ QAZ İDDİASI
İŞİD terror təşkilatı İraqın Molsul şəhərinin öz nəzarətində olan hissələrindən qaçmağa çalışan 140 mülki sakini qətlə yetirib. Bunu İraq kürd muxtariyyətinin təhlükəsizlik agentliyi açıqlayıb. Agentliyin “Twitter” hesabından yayılan açıqlamada deyilir ki, öldürülən dinc sakinlərin bir hissəsinin meyiti elektrik dirəklərindən asılı vəziyyətdə, bir neçə meyit isə toqquşma xəttinin yaxınlığında aşkarlanıb.
BMT-nin məlumatına görə, Mosulun qərbində 600 min mülki şəxs köməksiz vəziyyətdə qalıb, İŞİD-in hədələri üzündən evini tərk edib təhlükəsiz bölgələrə qaça bilmir.
Mosul bələdiyyəsinin rəhbəri Əbdül Səttar əl-Həbu isə bildirib ki, aprelin 7-də İŞİD terrorçuları dinc sakinlərə qarşı zəhərli qaz mərmilərindən istifadə edib. Onun sözlərinə görə, qaz hücumu nəticəsində ölənlərlə bağlı dəqiq məlumat yoxdur.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır