BMT Təhlükəsizlik Şurası təcili toplandı - QARŞILIQLI İTTİHAMLAR
BMT Təhlükəsizlik Şurası ABŞ-ın Suriya ordusuna məxsus hərbi bazanı vurması ilə əlaqədar növbədənkənar iclas keçirib. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib ki, Bəşər Əsəd rejimi 6 il ərzində yüz minlərlə adamı öldürüb, milyonlarla insanın yurd-yuvasından didərgin düşməsinə səbəb olub, beynəlxalq hüququ və Təhlükəsizlik Şurasının qərarlarını pozub. Amerikalı diplomat deyib ki, Suriya rejimi bir neçə dəfə öz xalqına qarşı kimyəvi silahlardan istifadə edib.
Nikki Heyli bəyan edib ki, Bəşər Əsəd Rusiyanın dəstəyini alacağına və cəzasız qalacağına əmin olduğu üçün kimyəvi hücumlara əl atır.
“Kimyəvi hücumlar dünənə qədər davam etdi və dünən gecə vəziyyət dəyişdi. Kimyəvi silahlardan istifadə olunursa, ABŞ buna tamaşaçı olmayacaq. Ölümcül kimyəvi silahların yayılmasını və istifadəsinin qarşısını almaq ABŞ-ın milli təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır”.
Nikki Heyli onu da bildirib ki, ABŞ olduqca tarazlaşdırılmış addım atıb: “Biz bundan artığını da etməyə hazırıq, lakin ümidvarıq ki, buna ehtiyac olmayacaq”.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vladimir Safronkov isə ABŞ-ın hərbi əməliyyatını beynəlxalq hüququn pozulması və Suriyaya hücum kimi qiymətləndirib. Rəsmi Moskvanın “ABŞ-ın qeyri-legitim akt”ını qınadığını bildirən diplomat bəyan edib ki, əməliyyat regional və beynəlxalq sabitlik üçün təhlükədir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır