Bakı sakinindən "revolver" götürüldü

Səbail Rayon Polis İdarəsi 41-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tərlan Mustafayev saxlanılıb.

 

Onun üzərinə baxış keçirilən zaman bir ədəd "Revolver" tipli tapança aşkar olunaraq götürülüb. T. Mustafayev ilkin ifadəsi zamanı tapançanı satmaq niyyəti üzərində gəzdirdiyini bildirib.

 

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin əməkdaşları  isə

Nardaran qəsəbə sakini əvvəllər məhkum olunmuş Faiq Dadaşovun yaşadığı fərdi yaşayış evinə baxış keçiriblər. Həyətdə  narkotik tərkibli bitkilərin kultivasiyası olunduğu müəyyən edilib.

 

F. Dadaşovun yaşadığı ünvana baxış keçirilən zaman  oradan 49 ədəd xüsusi qulluq edilərək yetişdirilən çətənə kolları, 2045 ədəd çətənə toxumu və 1 kiloqram 415 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

 

Hər iki fakt üzrə araşdırma aparılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR