Əfqanıstan haqqında Azərbaycan dilində ilk tədqiqat əsəri nəşr edilib
Tanınmış şərqşünas-alim Məsiağa Məhəmmədinin son tədqiqat işinin - "Əfqanıstan. Sovet işğalından Amerika müdaxiləsinə" adlı kitabının təqdimat mərasimi keçirilib.
APA TV-nin məlumatına görə, kitab Əfqanıstan haqqında mövzu baxımından Azərbaycan dilində çap olunmuş ilk əsərdir.
Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində keçirilən təqdimat mərasimində qeyd olunub ki, tədqiqat işi son 40 ildə Əfqanıstan və onun ətrafında baş verən hadisələrin təhlili çağdaş beynəlxalq münasibətlərdə gedən prosesləri dərk etmək baxımından böyük önəm daşıyır. Məsiağa Məhəmmədi bu ölkədə qeyd olunan dövrdə baş verən - SSRİ-nin Əfqanıstana təcavüzündən tutmuş ABŞ-ın müdaxiləsinə kimi bir çox hadisələrin canlı şahidi və sonralar isə tədqiqatçısı olub.
Təqdimatda çıxış edən alim və mütəxəssislər müasir geosiyasi və geoiqtisadi maraqlar, sivilizasiyalararası münasibətlər kontekstində Əfqanıstanda baş verənləri anlamaq baxımından kitabın əhəmiyyətini yüksək qiymətləndiriblər.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır