Putin Təhlükəsizlik Şurasının topladı

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, toplantında ABŞ-ın endirdiyi aviazərbələrdən sonra Suriyadakı vəziyyət, eləcə də Rusiyanın Suriya ərazisindəki əməliyyatlarının davam etdirilməsi müzakirə olunub.

 

İclasda Vaşinqtonun Suriyadakı addımları beynəlxalq hüququn prinsiplərinə zidd, aqressiv olaraq qiymətləndirilib, eyni zamanda analoji hərəkətlərin mənfi nəticələr doğura biləcəyindən narahatlıq ifadə olunub.

 

Şura üzvləri ABŞ-ın hava zərbələrinin hər iki ölkə arasındakı münasibətlərə xələl gətirəcəyindən təəssüfləndiklərini dilə gətirib.

 

Qeyd edək ki, aprelin 7-də ABŞ qırıcıları Homs əyalətindəki aerodroma hava zərbələri endirib. Bu, ABŞ aviasiyasının Suriya hökumətinə yönələn ilk birbaşa hava zərbələridir. 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR