Ceff Devis: "Rusiyanı əvvəldən xəbərdar etmişdik, rus əsgərlər aerodromu tərk etdilər"

"ABŞ-ın Suriyaya hücumu düzgün addımdır. Çünki kimyəvi silahlardan istifadə olunan aerodrom hədəfə alınıb. Bu fikirləri ABŞ-ın dövlət katibi Reks Tillerson deyib. Onun sözlərinə görə, hücum əvvəlcədən beynəlxalq müttəfiqlərlə razılaşdırılıb, əməliyyat Vaşinqtonun həm bölgədəki, həm də Yaxın Şərqdəki müttəfiqləri tərəfindən dəstəklənib.

 

ABŞ prezidenti Donald Tramp Suriyaya hücumun kimyəvi silahdan istifadəyə cavab xarakteri daşıdığını deyib. Tramp Suriya prezidentini diktator adlandırıb və günahsız körpələri öldürməkdə ittiham edib.

 

Pentaqonun sözcüsü Ceff Devis hücum zamanı əsasən aerodromdakı təyyarələrin, yancaq anbarlarının, gücləndirilmiş təyyarə sığınacaqlarının, sursat bazalarının, hava müdafiə sistemləri və radarların vurulduğunu bildirib. Ceff Devisin sözlərinə görə, rus əsgərlərinin həmin hərbi bazada olduqlarının biliblər və Suriyaya müdaxilə etməzdən əvvəl Rusiya tərəfini məlumatlandırıblar. Hücumla bağlı xəbərdarlıqdan sonra rus əsgərləri aerodromu tərk edib.

 

ABŞ-ın hücumuna Kremldən də açıqlama gəlib. Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Rusiya prezidenti Vladimir Putin ABŞ-ın müdaxiləsini suveren bir ölkəyə hücum kimi dəyərləndirib. Pitin beynəlxalq hüququn pozulduğunu və uydurma bəhanə ilə bu hücum edildiyini deyib. Suriya ordusunun kimyəvi silaha sahib olmadığını və silahların məhv edildiyini qeyd edən Peskov əlavə edib ki, bu hücum ABŞ-Rusiya münasibətlərinə ciddi zərbə vuracaq.

 

Rusiyanın BMT-dəki nümayəndəsi Təhlükəsizlik Şurasının təcili toplantı keçirməsini istəyib.

 

Böyük Britaniya, Səudiyyə Ərəbistanı, İsrail, Türkiyədən ABŞ-a dəstək gəlib. Türkiyə baş nazirinin müavini Numan Kurtuluş ABŞ-ın Suriyaya hücumunu müsbət qarşıladıqlarını deyib.

 

Hücum nəticəsində insan itkisi ilə bağlı ziddiyyətli məlumatlar var. Homs valisi 5 nəfərin öldüyünü, 7 nəfərin isə yaralandığını, mülkü vətəndaşlar arasında itkilərin olduğunu deyib.

 

Suriyanın informasiya naziri ABŞ-ın hücumunun hərbi obyektlərlə məhdudlaşdığını, Dəməşqin vəziyyəti gərginləşdirməkdə maraqlı olmadığını bəyan edib.

 

 Qeyd edək ki, Suriyaya 59 "Tomahavk" raketi atılması ABŞ-a 84 milyon dollara başa gəlib.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR