Xoren Azaryan: "Aprel döyüşlərində bizim xəstəxana 150 yaralı qəbul etmişdi"
Ermənilər ötən ilin aprel döyüşlərində çoxlu sayda itki verdiklərini etiraf etməyə başlayıblar. APA TV-nin məlumatına görə, işğal altında olan ərazilərdə işğalçı qüvvələrin hərbi hospitalının baş həkimi Xoren Azaryan bildirib ki, 1-4 aprel tarixlərində hospitala 150 yaralı hərbçi gətirilib. Baş həkim Qarabağ müharibəsi dövründə ilk dəfə bu qədər yaralı qəbul etdiklərini deyib. Azaryanın sözlərinə görə, hərbi tibb sahəsində belə bir qayda var - həkimlər həyatlarını xilas edə biləcəkləri yaralılara yardım göstərməyə çalışırlar. Hospitalın cərrahiyyə şöbəsinin rəhbəri mayor Arman Muradyan isə deyib ki, güllə yaraları, mina partlayışından xəsarət alma onlar üçün adi haldır. "Biz belə yaralılar çox qəbul etmişik, amma bu sayda yaralını ilk dəfə qəbul edirdik". O, aprel döyüşlərində ilk yaralıların ayın 3-də səhər saatlarında gəldiyini deyib.
OXŞAR XƏBƏRLƏR
14:39
985
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
1138
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1689
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
1075
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1766
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1234