Yaxın Şərqdə müharibə ehtimalı nefti bahalaşdırır

Dünya bazarında neftin qiyməti bahalaşıb. APA TV-nin məlumatına görə, "Brent" markalı neftin bir bareli 55,97 dollardan satılır, WTİ neftinin bir bareli isə 52,84 dollardan təklif olunur. Bu, neftin bir gün ərzində təxminən 2 dollar dəyər qazanması deməkdir.

 

Neftin sürətlə bahalaşmasında Yaxın Şərqdə vəziyyətin gərginləşməsi əsas rollardan birini oynayır. ABŞ-ın Suriyada aktiv hərbi əməliyyatlara başlamaq ehtimalı Körfəz regionundan neft daşımalarının azala biləcəyi ehtimalını yaradıb. Digər tərəfdən istənilən genişmiqyaslı müharibə dövlətləri neft ehtiyatları toplamağa vadar edir ki, bu da avtomatik olaraq "qara qızıl"a tələbatı artırır.

 

Bahalaşmada ABŞ-da neft məhsullarına tələbat mövsümünün başlaması, ölkədə ehtiyatların həcminin gözlənilən səviyyədə artmaması, OPEK-in hasilatı azaltmağa dair sazişin müddətini uzatmaq istəyi də təsir göstərir.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR