ABŞ Əsədin aerodromlarını vurdu
ABŞ Suriya ərazisində yerləşən aerodromlara raket zərbələri endirib. APA TV-nin məlumatına görə, zərbələrin Suriya ordusunun İdlibdə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq endirildiyi bildirilir.
ABŞ hərbçilərinin Suriyanın Homs əyalətindəki "Əş-Şəyrat" aerodromuna azı 50 "Tomaqavk" raketi atdığı bildirilir.
ABŞ-ın iddiasına görə, Suriya ordusu qadağan edilmiş kimyəvi silahın istifadəsində məhz bu aerodromdan yararlanıb.
Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Vladimir Safronkov ABŞ-ın Suriyaya zərbələr endirəcəyinin mənfi nəticələrə gətirib çıxaracağına dair xəbərdarlıq edib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bundan əvvəl Konqres üzvlərinə Suriya ordusunun İdlibdə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq bu ölkəyə qarşı hərbi əməliyyat məsələsini nəzərdən keçirdiyini bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ-ın Suriyada hərbi əməliyyatını dəstəkləməyə hazır olduğunu bəyan edib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır