Vaşinqton: Kimyəvi bombadan istifadəyə görə Rusiya məsuliyyət daşıyır
Suriyada atəşkəsin əsas zəmanətçisi olan Rusiya bu ölkədəki vəziyyətə görə məsuliyyət daşıyır.
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu bəyanat ABŞ Dövlət Departamenti tərəfindən səslənib.
"İdlibdə kimyəvi silahdan istifadə edilməsi bəşəriyyətə qarşı cinayət idi. Dövlət katibi Reks Tillersonun qeyd etdiyi kimi, Bəşər Əsəd rejiminin dəstəklənməsi məsələsini yenidən nəzərdən keçirmək vaxtı çatıb. Rusiya məsuliyyət daşıyır, atəşkəsin əsas zəmanətçisi olaraq, Moskva xüsusi məsuliyyət daşıyır” - deyə İdlibdəki vəziyyət şərh edilib.
Qeyd edək ki, Suriya Müxalif və İnqilabi Qüvvələri Milli Koalisiyası Xan Şeyhun şəhərində törədilən kimyəvi hücum nəticəsində 80 nəfərin öldüyünü, 200-dən çox şəxsin yaralandığını bildirib. Kimyəvi silahdan istifadə etməkdə Suriya ordusu ittiham edilib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır