Şirvanda yaşlı qadını maşın vurub öldürdü

Şirvanda piyadanın ölümü ilə nəticələnən qəza baş verib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə şəhərin Gülbala Şıxbalaoğlu küçəsində baş verib.

Şirvan sakini, 1942-ci il təvəllüdlü Hüseynova Xanımgül Nəsir qızı yolu keçərkən Şirvan şəhər sakini, 1974-cü il təvəllüdlü Həsənov Natiq Qocabəy oğlunun idarə etdiyi "QAZ-24" markalı 10 KD  962 dövlət nömrə nişanlı avtomobil tərəfindən vurulub.

 

Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

 

Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR