Tramp bəyanat verdi: "Əsədin hərbi anbarları vurulacaq"
ABŞ prezidenti Donald Tramp aprelin 4-də Xan-Şeyhundakı insidentdən sonra Suriya hökumət qüvvələrinin malik olduğu kimyəvi silah arsenalına zərbə endiriləcəyini açıqlayıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə o, bir qrup konqresmenlə görüşündə bəyan edib. Yekun qərar qəbul olunmasa da, Ağ Ev rəhbəri məsələni Ceyms Mettis ilə müzakirə edə bilib və Pentaqon bu addımın gerçəkləşdirilməsi imkanları barədə prezidenti məlumatlandırıb.
Dövlət katibi Reks Tillerson isə Rusiyanın artıq Əsədi dəstəkləyib-dəstəkləməmək barədə ciddi düşünməli olduğunu deyib.
Qeyd edək ki, 4 aprel tarixində Xan-Şeyhun şəhərində kimyəvi silahla törədilən hücum zamanı 70 nəfər öldüyü deyilir. Rəsmi Dəməşq hadisəyə aidiyyətinin olmadığını bildirib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır