Terror təhlükəsi Moskvaya çatdı: KAZAN VAĞZALI BAĞLANDI
Moskvanın ən böyük vağzallarından biri bağlanıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Kazan vağzalı ərazisində şübhəli bağlama aşkarlanıb.
Bundan sonra vağzal ərazisində olan 1000-dən çox insan oradan təxliyə edilib. Şübhəli bağlama uzaq məsafələrə bilet satışı həyata keçirilən kassaların yaxınlığında tapılıb.
Hazırda ərazidə polislər araşdırma aparır, adı çəkilən yerə kinoloji xidmətin gətirilməsi qərara alınıb.
Xatırladaq ki, Sankt-Peterburqdakı məlum metro terrorundan sonra bu gün adı çəkilən şəhərdə və Rostovda partlayışlar qeydə alınıb.
OXŞAR XƏBƏRLƏR
14:39
993
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
1145
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1696
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
1076
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1769
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1235