Raquf Orucovun saatı, Murad Mirzəyevin qılıncı... QEYRİ-ADİ SƏRGİDƏN REPORTAJ
İstiqlal Muzeyində ötən ilin aprelində baş vermiş döyüşlərdə şəhid olmuş qəhrəmanların əşyalarından ibarət sərgi keçirilib. "Bitməyən savaş" adlı sərgidə aprel qəhrəmanları Raquf Orucov, Əbdülməcid Axundov, Fəxrəddin Qurbanlı, Samid İmanov, Müşfiq Orucov, Orxan Müstəcəbov, Vüqar Yusifov, Murad Mirzəyev və Pəncəli Teymurovun şəxsi əşyaları nümayiş etdirilir. Sərgidə qəhrəmanların geyimləri, şəkilləri, təltif olunduqları medallar, telefonları, saatları və digər əşyaları nümayiş olunur. Polkovnik-leytenant Raquf Orucovun ən çox sevdiyi saatı, qələmi, qeydlər apardığı dəftəri, medalları hər kəsin diqqətini cəlb edir. Raquf Orucovun həyat yoldaşı Sevinc Orucovanın sözlərinə görə, Raquf ən çox saat və eynəkləri sevərmiş.
"43 illik həyatında onun 2 mülki forması olub. Həmişə səhra komandiri olub, səngərlərdə olub. Hərbçi dövrünün cəmi 2 ilini Akademiyada olub, qalan ömrünü səngərlərdə olub. Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Bir çox döyüş əməliyyatlarında iştirak edib. O ancaq zabit mundiri və səhra geyim formalarını daşıyıb. O forma ilə zövq alırdı, fəxr edirdi".
Manqa komandiri olan Əbdülməcidin arzusu isə zabit olmaq idi. Əbdülməcidin anası Ceyran Həsənovanın sözlərinə görə, Mübariz İbrahimovu özünə ideal seçən Əbdülməcid öz istəyi ilə ön cəbhəyə gedib. Döyüşlərdə yaralanmasına baxmayaraq digər yaralı yoldaşlarına kömək edib. Sərgidə Əbdülməcidin gündəlik həyatda ən çox sevdiyi əşyaları görmək olar.
"Onun ən sevimli əşyası boyunbağı idi. Həmişə onun boynunda olurdu. "Milan" futbol komandasını çox sevirdi. Həmişə çayı üzərinə "Milan" yazılan bu fincanda içirdi. Ətri çox sevirdi. O ətir şəhid olanda cibindən çıxmışdı. Onu mənə verdilər. Bu köynəyi çox sevirdi. Əksər şəkillərində əynində bu köynəkdir".
Sərgidə diqqət çəkən əşyalardan biri də bu qılıncdır. Bu qılınc isə Murad Mirzəyevə məxsus olub. Qılıncı ona Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl şəxsən hədiyyə edib. Bunu Muradın qardaşı Süleyman Mirzəyev deyir: "Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl məktəbi bitirəndə, 650 nəfərin içərisində 1-ci yeri tutduğuna görə təqdim edib. Murad hansı məktəbi bitiribsə, fərqlənmə ilə bitirib. Çalışıb həmişə birinci olsun".
Milli Qəhrəman Samid İmanovun, Orxan Müstəcəbovun hərbi geyimləri də nümayiş olunan əşyalar arasındadır. Sərgidə çıxış edənlərin aprel döyüşləri ilə bağlı fikri eynidir - Azərbaycanın qəhrəman oğulları 4 gün ərzində yeni tarix yaratdılar. Məğlub olmuş ordu mifini dağıdaraq, Azərbaycan ordusuna yeni görkəm verdilər.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır