Horadizdə möhtəşəm Zəfər yürüşü keçirilib

Füzuli rayonunun Horadiz şəhərində aprel qələbələrinin ildönümünə həsr olunmuş Zəfər yürüşü keçirilib.

APA TV-nin Qarabağ bürosunun məlumata, yürüş Horadiz şəhərinin Heydər Əliyev prospektindən başlayaraq Bayraq Meydanına qədər davam edib.

Yürüşdə Milli Məclisin sədr müavini Bahar Muradova, Ombudsman Elmira Süleymanova, Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, millət vəkilləri, hərbçilər, yerli əhali iştirak edib.

Yürüşün sonunda Bayraq Meydanında aprel döyüşlərində Lələtəpə uğrunda şəhid olmuş 22 əsgərin  xatirəsinə tikilən abidənin açılışı olub. Açılışda abidə önünə gül çələngləri, əklillər qoyulub,  şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR