Əsəd: "Suriya xəritədən silinə bilər"

"Müharibədən başqa çıxış yolumuz yoxdur". APA TV-nin məlumatına görə, bu fikri Suriya prezidenti Bəşər Əsəd bildirib.

 

Əsəd ölkəsinin məğlub olacağı təqdirdə xəritədən silinəcəyini iddia edib: "Bizim bu müharibədə başqa variantımız yoxdur. Buna görə özümüzdən əminik, inadcılıq, qərarlıyıq"- deyə, o qeyd edib.

 

Dünyanın bir çox aparıcı ölkəsi isə İdlibdə baş verən kimyəvi silahdan istifadədə Əsəd rejimini günahlandırır.

 

Suriyanın Xarici İşlər Nazirliyi kimyəvi silahdan istifadə iddialarını rədd edib, "kimyəvi silahdan istifadə edənləri qınayırıq" deyə açıqlamada bildirilib. Xarici işlər naziri cinayətə cavabdeh kimi İŞİD terror təşkilatını göstərib.

 

Velid Muallim Suriya təyyarələrinin hücumunun "Ən-Nusra Cəbhəsi"nə qarşı olduğunu deyib: "Heç bir zaman öz xalqımız qarşı kimyəvi silah istifadə etməyəcəyik".

 

Qeyd edək ki, aprelin 4-də müxalif Azad Suriya Ordusunun nəzarətində olan İdlib şəhərinin Xan Şeyhun qəsəbəsinə hava zərbəsi endirilməsindən sonra 72 nəfər kimyəvi qazdan zəhərlənərək ölüb.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR