Prezident İlham Əliyev Stavropol qubernatorunu qəbul edib
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Rusiya Federasiyasının Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA TV-nin məlumatına görə, görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğu bildirilib, ölkəmizin Rusiyanın ayrı-ayrı regionları ilə əməkdaşlığının önəmi vurğulanıb, Azərbaycanın Stavropol vilayəti üçün ticarət və iqtisadi əməkdaşlıq baxımından ən vacib tərəfdaş ölkə olduğu qeyd edilib.
Dövlət başçısı Rusiya Federasiyasının Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirovun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərindən və XVI Beynəlxalq Turizm və Səyahətlər Sərgisində iştirakından məmnunluğunu ifadə edib. Stavropol vilayətinin Beynəlxalq Turizm və Səyahətlər Sərgisində bir neçə dəfə iştirak etdiyini vurğulayan prezident İlham Əliyev ötən dövr ərzində Stavropol vilayətində turizmin daha da inkişaf etdiyini əminliklə bildirib.
Turizmin cəlbedici investisiya sahəsi olduğunu vurğulayan Rusiya Federasiyasının Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirov rəhbərlik etdiyi vilayətdə artıq 5 sanatoriyanın inşasına başlanıldığını və bu layihələrdən birinin Azərbaycandan olan investorlar tərəfindən həyata keçirilməsini məmnunluqla vurğulayıb. Vladimir Vladimirov bildirib ki, Rusiyanın baş naziri Dmitri Medvedev Stavropolda olarkən həmin sanatoriyanın inşasını yüksək qiymətləndirib və Kislovodskda növbəti bir layihənin azərbaycanlı investorlara həvalə edilməsi ilə bağlı tapşırıq verib.
Azərbaycanlı investorlar tərəfindən həyata keçirilən bu layihələrin yüksək səviyyədə icra olunduğunu vurğulayan prezident İlham Əliyev bunu əməkdaşlığımızın yaxşı nümunəsi kimi dəyərləndirib.
Söhbət zamanı yeni inşa olunan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi vasitəsilə Stavropoldan kənd təsərrüfatı məhsullarının xarici bazarlara çatdırılmasının əhəmiyyəti vurğulanıb, Azərbaycan ilə Rusiyanın Stavropol vilayəti arasında əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən turizm sektorunda daha da inkişaf etdirilməsi üçün böyük potensialın və qarşılıqlı marağın olduğu qeyd edilib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır