Bir gün əvvəl aldığı 500 ev quşu tələf oldu - FERMA YANDI
Ağstafada içərisində 500-ə qədər ev quşu olan ferma yanıb. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Poylu qəsəbəsində baş verib.
Anar Rəsulova məxsus təsərrüfatda qeydə alınan yanğında 100-ə qədər toyuq-cücə boğularaq tələf olub. Bundan başqa tikilinin dam örtüyünün tavan hissəsinin yanar konstruksiyaları yanaraq sıradan çıxıb.
Hadisə yerinə dərhal Ağstafa Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Alov söndürülüb. Təsərrüfat sahiblərinin dediyinə görə, 500-ə qədər toyuq-cücə bir gün əvvəl alınaraq fermaya gətirilibmiş.
Yanğının baş vermə səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR
14:39
993
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
1145
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1696
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
1076
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1769
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1235