Nardarandakı "Hacı Əbdül" hamamından silah-sursat tapıldı

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinə Nardaran qəsəbədə yerləşən hazırda istifadə olunmayan “Hacı Əbdül” hamamında məlum Nardaran hadisələri zamanı silah-sursat gizlədildiyi barədə əməliyyat məlumatı daxil olub.

 

Sabunçu RPİ və 42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hamama baxış zamanı məlumat təsdiqini tapıb. Polis əməkdaşları oradan 1 ədəd “AKS” markalı avtomat, 4 ədəd əl qumbarası, 50 ədəd müxtəlif çaplı avtomat patronları, 2 ədəd qumbara alışdırıcısı və 1 ədəd dini mərasimlərdə istifadə olunan “zəncir” aşkar edərək götürüblər.

 

Tapılan silah-sursat müayinə edilməsi üçün Daxili İşlər Nazirliyinin Kriminalistik Təhqiqatlar İdarəsinə göndərilib. Göstərilən faktla bağlı Polis Bölməsində təhqiqat araşdırmaları aparılır.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR