Rostovda partlayış belə baş verdi - KAMERA GÖRÜNTÜSÜ

İnternetdə Rostovun Naxçıvan döngəsi ilə Sosialist küçəsinin kəsişməsindəki partlayışın görüntüləri yayılıb.
 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, kadrlarda naməlum şəxsin əlindəki partlayıcı maddə quraşdırılmış fənəri yerə qoyduğu, bir müddət sonra isə ərazidən keçən başqa birisin onu götürdüyü əks olunur.

 

Elə partlayış da sonuncu fənəri yerdən götürdükdən bir neçə saniyə sonra baş verib. Nəticədə xəsarət alan şəxs xəstəxanaya aparılıb.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin üç maddəsilə cinayət işi qaldırılıb.





 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR