Şabranda 3 ev çökdü, 2-si yararsız hala düşdü - TORPAQ SÜRÜŞMƏSİ
Şabran rayonu, Qazbabalı kəndində torpaq sürüşməsi aktivləşib. APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, qəzalı vəziyyətdə olan 5 evdən 3-ü tamamilə çöküb.
Evi çökən sakinlərdən biri Abdulla Əliyev bildirib ki, kənddə digər evlərdə də çatlar əmələ gəlib.
Evləri çökən və qəzalı vəziyyətə düşən sakinlərə müvəqqəti yaşamaq üçün çadırlar paylanıb.
Qeyd edək ki, ərazidə sürüşmə prosesi bu il fevralın 23-dən 24-ə keçən gecə baş verib. Hadisə nəticəsində 5 ev yararsız vəziyyətə düşmüşdü.
Aidiyyəti qurumların əməkdaşları sürüşmə baş verən əraziyə baxış keçirib. Evlərə dəymiş ziyanla bağlı akt tərtib olunub.
OXŞAR XƏBƏRLƏR
14:39
991
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
1143
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1694
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
1075
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1768
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1234