ABŞ prezidenti Ağ Evdə kral II Abdullahı qəbul edib
ABŞ prezidenti Donald Tramp Ağ Evdə İordaniya kralı II Abdullah ilə görüşüb.
APA TV-nin "Euronews"a istinadən məlumatına görə, görüşdə kralın xanımı Raniya və Trampın həyat yoldaşı Melania Tramp da iştirak edib.
Söhbət zamanı əsasən Yaxın Şərqdə vəziyyət və daha kəskin problemlərin həlli yolları müzakirə olunub. ABŞ prezidenti Bəşər Əsəd hökumətini Suriyadakı hərbi cinayətlərə görə tənqid edərək, ölkəsinin Fələstin-İsrail münaqişəsinin həllində vasitəçilik etməyə hazır olduğunu bildirib: "Bütün dünyada bu gün xaos hökm sürür. Mən xaosu qəbul etmişəm. Söhbət Yaxın Şərq və Şimali Koreyadan, savadsız ticarət müqavilələrindən, eləcə də bizim ölkəmizdən, ABŞ-dan gedir. Mənə xaos miras qalıb və biz bütün bunların öhdəsindən gələcəyik".
Öz növbəsində İrodaniya kralı 2-ci Abdullah isə dünya ictimaiyyətini Suriya münaqişəsinin həllində fəal olmağa çağırıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır